Rafaela Karvalyo Super Liqanın əfasənəsi adlandırılan, “Mersin İdman Yurdu” və “Kayserispor”da da forma geyinən keçmiş həyat yoldaşı Vellitonun zorakılığına məruz qaldığını açıqlayıb.
Medianews.az xəbər verir ki, döyülmə izləri ilə fotolarını sosial mediada paylaşan Karvalyo üsyan edib.
“Bu, qadın qətli hekayəsi deyil, lakin hadisənin öhdəsindən gəldiyimi göstərən bir andır. Mənimlə eyni şeyləri yaşayan bütün qadınları qucaqlayıram. Kaş ki, hər birinizi qonaq edə bilsəydim, susmayın”-deyə Rafaela Karvalyo qeyd edib.
Bədənində döyülmə izlərinin fotosunu paylaşan Rafaelanın həmin görüntüləri böyük səs-küy yaradıb. Bundan əlavə, Velliton üçün dörd fərqli cinayətə görə ittiham aktının hazırlandığı qeyd edilib: təhdid, fiziki və psixoloji zorakılıq və işgəncə.
Medianews.az