Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“O qədər atırdılar ki, mərmilərdən çıxan alov Günəşə bənzəyirdi”

TURAN
25/02/2023 23:18
143
BAXIŞ
FacebookTwitterTelegram

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

Heydər Əliyev

1992-ci il. 26 fevral. Həmin gecə erməni vandalları Azərbaycanın Xocalı şəhərində dünyada misli görünməyən vəhşiliklər törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Həmin gecənin canlı şahidlərindən biri də Xocalı sakini Zənurə Səlimovadır. Zənurə Səlimova ermənilərin həmin gecə dinc sakinlərə qarşı törətdiyi soyqırımı birbaşa yaşamış insandır.

Xocalı sakini Medianews.az-a həmin o dəhşətli gecəni danışıb.

O bildirirki, hər il fevral ayı gələndə Xocalı sakinlərinin içi qan ağlayır. Dərdimiz, sanki təzələnir:
“1972-ci ildə Xocalıda anadan olmuşam. Həmin o qanlı gecəni yaşayanlardan biriyəm. Fevralın 25-i axşam saat 11-12 olardı. Yoldaşım Fərhad “Özünümüdafiə batalyonu”nun fəallarından idi. Həmin gecə də yoldaşımın növbəsi idi. Biz isə evdə yatmışdıq. Birdən səsə ayıldıq. Yoldaşım evə çatanda artıq Xocalı dörd bir yandan düşmən tərəfindən mühasirəyə alınmışdı. Evdə xəstə qayınanam, qaynım, onun yoldaşı, iki körpəsi, bir də mən idim. Yoldaşım bizə dedi ki, ermənilər kəndə hücum edib, evdən çıxıb “beşmərtəbə” deyilən yerə getməliyik. Evdən qaçaraq çıxıb yola düzəldik. Oranı necə getdik, onu bir Allah bilir. 15 dəqiqəlik yol, sanki bir neçə saatlıq yol idi. Güc-bəla ilə həmin yerə gəlib çatdıq. “Beşmərtəbə” deyilən yerdə bizdən başqa da insanlar var idi. Qocalar, körpələr, xəstələr-hər kəs qorxudan həmin binanın zirzəmisinə sığınmışdı. Murad adlı şəxs bizə tez-tez xəbər verirdi. Bizə bildirirdi ki, ermənilərin atdığı mərmilərin səsi kəsiləcək, birazdan evimizə qayıdacağıq. Sonra bizə deyildi ki, meşəyə çəkilək, sonra kəndimizə qayıdacağıq. Amma biz bilməzdik ki, bu bizim Xocalıda olduğumuz son gündür. İşiqlı dünyamızın bizlərdən alındığı son gündür. Heç ağlımıza gəlməzdi ki, isti evimizi belə tərk edərik. Mən evdən çıxanda çırağım yanar qaldı. Onu da söndürə bilmədim.

Təzə ailə qurmuşdum. Bətnimdə körpə var idi. Lakin yaşadığım o dəhşətli gecənin qorxusundan, stressindən körpəmi itirdim”.

Xocalı sakini kövrək səslə bildirir ki, ayaqyalın, başıaçıq meşəyə keçmək üçün Qarqar çayını keçməli idi:

“Həmin gecə sanki təbiət qan ağlayırdı. Hava çox soyuq idi. Çay buz bağlamışdı. Çox çətinliklə keçilməz çayı keçdik. Bizimlə bərabər başqa insanlar da var idi. Müəlliməm, yoldaşı, üç uşağı da həmim çaydan keçirdi. Lakin Afilə müəllimənin yoldaşı bir anda yıxıldı. Bu zaman xırıldamağa başladı. Afilə müəllimə hər kəsdən kömək istəyirdi. Amma evdən hec nə götürmək imkanımız olmadığından tibbi ləvazimat da götürə bilməmişdik. Həmin ailə o gecə məhv oldu. Min bir əzabla çayı keçib meşəyə üz tutduq. Meşə o qədər vahiməli idi ki, insan qorxudan dura bilmirdi.

Qocaların, uşaqların ahu-naləsi ərşə qalxmışdı. Həmin səslər hələ də qulağımdadır. Hər il həmin faciəni, həmin anları təzədən yaşayıram. Çünki o meşə bizim üçün cəhənnəm əzabı idi. Çıxılmaz yollarda qalmışdıq. Eyni yolu təkrar-təkrar gedirdik. 30-40 nəfər olardıq. Bizimlə Sürraya xala, Əntiqə xala, Gülnaz, Rəfiqə xala, Arif dayı, Məhəmməd, Rahilə, Vüqar, kürəyimdə isə iki ayı tamam olmayan körpə var idi. Hətta o körpə ağlayanda mən onu vurdum. Yanımda olan nənə dedi ki, qızım, o yazıq körpə axşamdan yedizdirilən, bələnən körpədir. Həmin körpə iki valideynlərini də itirmişdi.

Hava o qədər soyuq idi ki, hər yer buz bağlamışdı. Buz bağlamış budaqlar əlimizi cızmışdı. Əlimizdən qan axırdı. Qorxu, soyuq bizi pərişan etmişdi.

Çıxılmaz vəziyyətdə qalmışdıq. Yol tapa bilmirdik. Meşənin ortasında çarəsiz qalmışdıq. Elə bu vaxt Milli Qəhrəman Əlif Hacıyev Xocalı “Özünümüdafiə batalyonunun komandiri”, Milli Qəhrəman Tofiq Hüseynov, Araz Rüstəmov və digər qeyrətli oğullarımız bizə köməyə gəldilər. “Qara Qaya” deyilən yerə gəldik, Əlif Hacıyev camaata çağırış edərək oranı tez keçməyimizi istədi. Bu saatda oradan “Vilis” markalı maşın keçdi. Bu ermənilərin maşını idi. Heç bir saniyə keçmədi ki, nəqliyyatdan atəş açmağa başladılar. İnsanların tikələri xırda-xırda ağacların üstündə idi. Onların sayı belə yox idi. Arxaya çönəndə gördüm ki, bizimlə gələn camaat elə bil yerə səpələnmişdi. Bayaq sağ-salamat gələn camaatımız indi yerlə yeksan idi. Ağ qarın üstündə qırmızı qanlar buğlanırdı. Mənfur ermənilər atışmanı daha da gücləndirirdi. Düşmən qəsdimizə durmuşdu. Atışma səsləri səngimirdi. Sanki erməni cəlladları qarşısına məqsəd qoymuşdular ki, Xocalını yerlə yeksan edəcəklər. O qədər atırdılar ki, mərmilərdən çıxan alov günəşə bənzəyirdi. Dayanmadan bizi atəşə tutmuşdular. Ümidsiz yola davam edirdik. Sağ qalacağımıza inanmırdıq. Yanımızda Telman adlı oğlanı elə vurdular ki, bağırsaqları çölə çıxmışdı. Telmanın yoldaşı da həmin gecə vəfat etdi. İki övladı isə valideynsiz qaldı. Başımıza gəlməyən qalmadı. Həmin gecəni yaşayanlar qəhrəman adlandırılmalıdır. Həmin gecə nələr çəkdiyimizi bir Allah bilir, bir də onu yaşayanlar”.

Zənurə Səlimova vurğulayıb ki, min bir əzabla ac-susuz, şaxtadan donmuş halda Ağdamın Şelli kəndinə çatıblar:

“Ağdam camaatı öz evini biz xocalılara açdı. Bizə o vaxt kömək edənlər sağdılarsa, Allah onlara cansağlı versin, rəhmətə gediblərsə, Allah məkanlarını cənnət eləsin!

Əhməd adlı Ağdam sakini bizə öz evinin qapılarını açdı. Ailəsi ilə bir yerdə bizi yedizdirib-içizdirdilər, geyim verdilər. Bir az yorğunluğumuzu aldıqdan sonra kəndin məscidinə uz tutduq. Çox nigaran idik yaxınlarımızdan, kənd sakinlərindən. Həsrətlə onların yolunu gözləyirdik.

Təəssüf ki, itkilərimiz çox oldu. Dayım Əzizov Hüseyn 5 gün sonra bizə verildikdə tanınmaz halda idi. Düşmən dayımın dişini dayımın özünə çəkdirmişdi. Bu vəhşiliklə kifayətlənməyən düşmən onu kamaz maşının arxasına bağlayıb sürümüşdü. Bu işgəncələrindən əl çəkməyən mənfurlar avtomatın qundağı ilə dayımın gözündən vurmuşdular. Sonra isə yaxından güllələmişdilər.

Bibimin 25 gün sonra nəşini gətirdilər. Sağ olsunlar ki, camaatımız vəfat edənlərin nəşini bizə tapmaqda kömək edirdilər. Martın 20-si bibimi torpağa tapşırdıq. Ona görə də bibimin övladları 31 ildir ki, martın 20-i bayram etmirlər. Xalamın 2 övladının talehi 31 ildir məlum deyil. Əmim Ələkbərov Təvəkkülün də nəşini 25 gün sonra tapdıq. Üzü tanınmaz halda idi. Əmimoğlu Səxavət anasının qollarında canını tapşırdı.

31 il keçsə də, o anı biz hər an xatırlayırıq. Fevral ayı gələndə sanki qara günlərimiz başlayır. Bu ay gələndə elə bilirik ki, həmin dəhşəti təzədən yaşayırıq.

Amma ən böyük təsəllimiz odur ki, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli addımı, qəhrəman döyüşcülərimizin gücü, şəhidlərimizin qanı bahasına torpaqlarımız azad oldu.

Mən Xocalıdan çıxanda 20 yaşım var idi. İndi isə 51 yaşım var. Mən indi torpağıma qayıtsam, sanki 20 yaşımı yaşayacağam.

Allah bizi torpaqlarımıza qovuşduran prezidentimizi, keşiyimizi çəkən əsgərlərimizi var eləsin! Şəhidlərimizə Allah rəhmət eləsin! Yaxınlarına səbr versin!

Ağlayaraq çıxdığımız torpağımıza gülərək, sevinərək geri dönmək ümidi ilə…”.

Mehin Mehmanqızı
Medianews.az

DAHA ÇOX OXU

1-MANŞET

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42
1-MANŞET

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22
export

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24
Cəmiyyət

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59
export

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49
export

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38
SON XƏBƏR

Xocalı soyqırımından 31 il ötür

Azərbaycana qarşı mövqeyilə tanınan Baronessa Koksun anti-islamçılar tərəfindən maliyyələşdirildiyi üzə çıxdı

"Qarabağ" 50 manata görə işçisi ilə yolları ayırdı

Xəbər lenti

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

İrandan Azərbaycana qarşı təxribat — Hərbi təyyarələr yenə uçuşlar edir

21/03/2023 21:08

Dilarə mərhum “Toppuş bacı”nın qızı ilə… – FOTOLAR

21/03/2023 21:05

Rusiya raketləri Krımda MƏHV EDİLDİ

21/03/2023 21:01

Ermənilərlə ruslar görün nə edir – MÜDAFİƏ NAZİRLİYİ VİDEO YAYDI

21/03/2023 20:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.