Çərşənbə axşamı, 28 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Hamı atamın yerinə danışır, biz qalmışıq kənarda” – Mərhum Xalq artistinin oğlu GİLEYLƏNDİ

TURAN
25/02/2023 19:37
295
BAXIŞ
FacebookTwitterTelegram

“Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var idi”.

Medianews.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib.

O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə rahat olub:

“İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki, atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu.

Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki, övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki, sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi”.

Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:

“Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə şey olar?!”

Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını bildirib:

“Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər qapımızadək gəldilər. Yasda millət dolu idi”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib.

DAHA ÇOX OXU

Cəmiyyət

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30
Cəmiyyət

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13
Cəmiyyət

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59
Cəmiyyət

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36
Dünya

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21
Cəmiyyət

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33
SON XƏBƏR

"O qədər atırdılar ki, mərmilərdən çıxan alov Günəşə bənzəyirdi"

Xocalı soyqırımından 31 il ötür

Azərbaycana qarşı mövqeyilə tanınan Baronessa Koksun anti-islamçılar tərəfindən maliyyələşdirildiyi üzə çıxdı

Xəbər lenti

Fransa parlamentinin saytı rusiyapərəst hakerlər tərəfindən dağıdıldı – FOTO

28/03/2023 06:18

Onlar seks simvoludur! – Kişiləri öz əsirinə çevirən qadınların ƏLAMƏTLƏRİ

28/03/2023 06:00

“Dilarə Əliyeva qəbiristanlıqda qaynatasına dedi ki…”

28/03/2023 05:12

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər – VİDEO

27/03/2023 23:11

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

27/03/2023 22:20

Məşhur müğənninin avtomobilini oğurladılar – FOTO

27/03/2023 22:00

AFFA “Qarabağ”ın futbolçusunu milliləşdirmək istəyir

27/03/2023 21:45

İstanbulda akvakultura yoxlamasında “kriptik köpəkbalığı” ələ keçirildi

27/03/2023 21:30

Səmada nadir hadisə: Ay Venera ilə yan-yana – VİDEO

27/03/2023 21:13

Ticarət mərkəzində biabırçılıq: Qızlar əlbəyaxa oldu – VİDEO

27/03/2023 20:54

Hacı Nuranın köməkçisi aparıcının SON DURUMUNDAN DANIŞDI

27/03/2023 20:39

Polis bu uşaqla bağlı əhaliyə müraciət etdi – DİQQƏT!

27/03/2023 20:26

Yoldaşınnı və uşaqlarının üzərinə benzin tökərək özünü bıçaqlayan şəxs sərbəst buraxılıb

27/03/2023 20:13

Ərdoğan: “Narahat olmayın, bütün bunların öhdəsindən gələcəyik”

27/03/2023 19:59

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” – Rusiya XİN

27/03/2023 19:45

Süni intellekt aparıcılıq etdi – VİDEO

27/03/2023 19:36

İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

27/03/2023 19:21

Türkiyədə növbəti ZƏLZƏLƏ

27/03/2023 19:00

Həkimlərin maaşlarına əlavələrin müddəti uzadıldı

27/03/2023 18:33

Ramazan ayında ən çox verilən SUALLARA CAVABLAR

27/03/2023 18:18

Türkiyədən Fransaya ETİRAZ NOTASI – NƏ BAŞ VERİR?

27/03/2023 18:14

Azərbaycanlı müğənni qəfil dünyasını dəyişdi

27/03/2023 17:58

“Onu öldürüb sonra öləcəm…” – Tağı Əhmədovdan ƏSƏBİ REAKSİYA

27/03/2023 17:53

Müğənni aylıq 600 mini rədd etdi

27/03/2023 17:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.