Simpsonlar serialı pandemiyadan sonra ən çox maraq doğuran mövzular arasında olub.
Sfera.az xəbər verir ki, serialın ssenarisindəki bəzi mövzuların bir-bir gerçəkləşməsi milyonları təəccübləndirir.
Maraqlıdır, gələcəyi proqnozlaşdıran məlumatların yer aldığı “Simpsons” serialına 2023-cü illə bağlı nələr daxildir?
Simpsonlar serialında 2023-cü illə bağlı ilk dəfə göstərilən dialoqda inflyasiyanın və iqtisadi böhranın yüksələcəyi bildirilir.
Serialın bir hissəsində xəbər aparıcısı “Amerika və Çinin müharibə elan etdiyini böyük kədərlə elan edirəm. Böyük bir nüvə hücumunun bir saat ərzində sahillərimizə çatması gözlənilir” deyir.