AppliedHE Ranking-nin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası universitetlərin növbəti reytinqini açıqlayıb.
Bakupost.az-a istinadən xəbər veririk ki, təşkilat qiymətləndirmədə təhsilin keyfiyyəti, məzunların məşğulluğu statistikası, elmi tədqiqat, beynəlmiləlləşmə, institusional reputasiya, xarici tələbələrin sayı, tələbə məmnuniyyəti göstəricilərinə istinad edib.
Reytinqə ölkəmizin ali təhsil ocaqlarından biri – Qərbi Kaspi Universiteti də düşüb. Özəl Universitetlər nominasiyası üzrə QKU ilk 10-luqda (9-cu) yer alıb. Təhsilin keyfiyyəti göstəricisinə görə isə qiymətləndirilməsi aparılan universitetlər arasında Qərbi Kaspi Universiteti 37.73 balla 1-ci yerə layiq görülüb.
Qeyd edək ki AppliedHE reytinq təşkilatının baş ofisi Sinqapurda yerləşir və müxtəlif kateqoriyalar üzrə ali təhsil müəssisələrinin reytinqini tərtib edir.