BMT Baş Assambleyası Rusiyanı Ukrayna ərazisindən “beynəlxalq tanınmış sərhədləri” daxilində çıxarmağa çağıran qətnamə qəbul edib.
Medianews.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi yeni qətnaməni birtərəfli və reallıqdan uzaq adlandırıb.
BMT Baş Assambleyası Ukraynada mümkün qədər tez hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq zərurəti ilə bağlı qətnamə qəbul edib.
BMT-nin mətbuat xidməti bildirib ki, qətnaməni 141 ölkə dəstəkləyib, 7 ölkə əleyhinə çıxıb (Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya), 32 dövlət, o cümlədən Çin bitərəf qalıb.
Qətnamə Rusiyanın Ukraynada “hərbi xüsusi əməliyyatı” başlamasının ildönümünə bir neçə saat qalmış qəbul edilib.
11 bənddən ibarət sənəd BMT-nin “Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü”nə sadiqliyini bir daha təsdiq edir.
Bu, Rusiyadan “bütün silahlı qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq” və “Ukraynanın mühüm infrastrukturuna hücumları” dayandırmaq tələbini ehtiva edir.
Medianews.az