Yumurta sağlamlıq üçün ən faydalı qidalardan sayılır. Vitamin və minerallarla zəng olan yumurtanın qabığı da özü qədər faydalıdır.
Yumurta qabığının bir çox fərqli faydası var:
Diş sağlamlığını qoruyur – Yumurta qabığında çox miqdarda kalsium olduğu üçün diş çürüməsinin qarşısını alır. Daha güclü və ağarmış dişlərin meydana gəlməsinə təsiri olan yumurta qabığı düzgün istehlak edildikdə ağız və diş sağlamlığı üçün məşhur qidadır. Tərkibindəki minerallar sayəsində ağız qoxusunun qarşısını alır və ağız infeksiyalarına imkan vermir.
Sümüklərin qırılmasının qarşısını alır – Osteoporoz və ya oynaq ağrıları xəstəliklərinin təbii dərmanınız olan yumurta qabığı sizə onun qida dəyərini xatırladır. Yumurta qabığı protein və kalsium tərkibli quruluşu sayəsində sümük sağlamlığını da qoruyur. Bir çox sümük təmiri və oynaq təmiri dərmanlarında istifadə edilən yumurta qabığı əzələ və sümük sağlamlığı ilə yaxından əlaqəlidir.
Dəri hüceyrələrini bərpa edir- Yumurta qabığı hüceyrələrin bərpasında da böyük rol oynayır. Yumurta qabığı ilə hazırlanan dəri maskaları sayəsində bir çox insan dəri hüceyrələrini yeniləyir və daha canlı bir görünüşə sahib olur. Yumurta qabığındakı vitamin və minerallar dəri ləkələrini aradan qaldırma və dərini ağartma təsirini göstərəcək. Dəri maskalarına əlavə edilən yumurta qabığı tozu ilə maskaları ən təbii şəkildə tətbiq edə bilərsiniz. Yumurta qabığının faydalarının dəridə nə qədər təsirli olduğunu görmək üçün 1 qaşıq yumurta qabığı, 1 qaşıq qatıq, 1 qaşıq yumurta ağı və 3-4 damcı qarışdıraraq rəng tarazlaşdıran və dərini yeniləyən təbii maskanızı hazırlaya bilərsiniz.
Saçları qidalandırır – Saçlara tətbiq olunacaq yumurta qabığı maskası ilə saçlar daha sürətli uzanacaq. Yumurta qabığındakı vitaminlər saçları kökdən uca qidalandırır və saçların bərpasını təmin edir. Müntəzəm olaraq tətbiq olunan yumurta qabığı maskası saçlarınızın daha sağlam görünməsinə kömək edir. Yumurta qabığı tozunun faydaları sayəsində saçlarınızın daha sürətli uzanmasını istəyirsinizsə, toz halına çevirdiyiniz qabıqlara hindistan cevizi yağı və 1 yumurtanı parçalayaraq təbii saç maskası hazırlaya bilərsiniz.
Dəridəki qıcıqlanmanı sağaldır – Dərinizdə zaman-zaman yaranan qızartı və qaşıntıları yumurta qabığı ilə yox edə bilərsiniz. Bir neçə dəqiqə qaynadılan və sonra sirkə ilə qarışdırılan yumurta qabıqları ilıq şəkildə dəriyə toxunduqda nahiyədəki qızartı və qaşıntıları sağaldır. Sirkə və yumurta qabığının dərinizə uyğun temperatura çatmasını gözləməyi unutmayın. İsti tətbiq dərinizə zərər verə bilər.
Yumurta qabığını istifadə etməyin başqa bir yolu yumurta qabığını qaynadıb qurutmaqdır. Sonra blenderdə toz halına salınır. Yumurtanın ağı ilə döyülərək bu tozu üz maskası şəklində rahatlıqla istifadə etmək mümkündür. Bu qarışıq üzə çəkilməli və quruduqdan sonra yuyulmalıdır. Bu maskanın müntəzəm istifadəsi ilə dəridə görünən təravət hiss edəcəksiniz. Yumurta qabığı dəridə mövcud olan ləkələri çıxarmaqda çox təsirlidir. Təxminən bir çay qaşığı yumurta qabığında 800-1000 milliqram kalsium var. Bir az su ilə qarışdırılıb istehlak edilməlidir. Bir çay qaşığı üç zonaya bölünməlidir. Daha sonra az miqdarda su əlavə edilərək yeməklərlə birlikdə istehlak edilə bilər. Gündə bir çay qaşığından çox istehlak edilməməlidir. Yumurta qabıqları da bitkilər üçün çox faydalıdır. Yumurta qabıqları tez həll olma xüsusiyyətinə malikdir. Qabıqdakı kalsium və minerallar torpağı qısa müddətdə zənginləşdirir.
Medianews.az