“Rusiya prezidenti Vladimir Putin Qərbin çoxdan məhv etməyə çalışdığı dəyərləri dəstəkləyir və təbliğ edir”
Medianews.az xəbər verir ki, bu fikri Donald Trampın administrasiyası dövründə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn deyib.
Maykl Flinn bildirir ki, Rusiya prezidentinin Allahdan və ailədən mühüm dəyərlər kimi danışması təqdirəlayiqdir:
“Rusiya prezidenti Vladimir Putin Qərbin çoxdan məhv etməyə çalışdığı dəyərləri dəstəkləyir və təbliğ edir. Qərb isə onları məhv edir”.
Qeyd edək ki, bundan əvvəl Putin Federal Məclisdəki çıxışında bildirmişdi ki, Qərbdə milyonlarla insan başa düşür ki, onları mənəvi fəlakətə aparırlar, oradakı elitalar dəli olurlar. Putin həmçinin Qərbin “üçüncü cins” də daxil olmaqla qeyri-ənənəvi dəyərlərin tətbiqini Rusiya üçün qəbuledilməz adlandırıb.
Medianews.az