Kahramanmaraş zəlzələsindən sonra ola biləcək İstanbul zəlzələsi gündəmdədir.
Medianews.az xəbər verir ki, İstanbulda yaşayan serb müğənni Emina Yahoviç bu səbəbdən hərəkətə keçib.
Mustafa Sandalın keçmiş həyat yoldaşı olan Emina Yahoviç zəlzələdən qorxaraq Kemerburqazda villa axtarmağa başlayıb. O, burada bir evi bəyənib və həmin ev üçün 25 milyon TL ödəməyə qərar verib. Lakin evin sənədləri olmadığı üçün sonradan fikrini dəyişib.
Qeyd edək ki, hazırda İstanbulda yaşayan bir çox insan zəlzələ qorxusu ilə şəhəri tərk etməyə çalışır.
Medianews.az