Avropa İttifaqı işçilərinə TikTok- dan istifadə etməyi qadağan edib.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, Birliyin icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası, təhlükəsizlik səbəbiylə işçilərinə “TikTok”- dan istifadəni qadağan edib.
Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.
Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.
Çin texnologiya firmasına məxsus “TikTok”bəzi ölkələrdə milli təhlükəsizliyin narahatlığına səbəb olur.
Qeyd edək ki, ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda “TikTok” -dan istifadə qadağan edilib.
Medianews.az