Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib.
Medianews.az xəbər verir ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun araşdırma ilə bağlı açıqlamasında deyilir: “Yüksək enerji qiymətləri istehsal mərhələsində xərclərin artmasına səbəb olub və bu, bir çox şirkətin hesablamasını çətinləşdirib”.
Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyi, ancaq müharibə səbəbindən bunu edə bilmədiyi bildirilib.
Bundan əlavə, Qroemlinq 2023-cü il təxminlərinə görə qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırdığını ifadə edərək, “Təəssüf ki, bu il təhlükə hələ də keçməyib” deyə bildirib.
Medianews.az