“Səudiyyə Media Forumu 2” (Saudi Media Forum2) fevralın 21-də işini yekunlaşdırdı.
Medianews.az xəbər verir ki, Səudiyyə Jurnalistlər Qurumunun Radio və Televiziya İdarəsi ilə birgə təşkil etdiyi tədbirin təkcə ərəb ölkələrinin deyil, ümumilikdə dünyanın media sektoruna qlobal vision kimi əhəmiyyət kəsb etdiyi qeyd edildi.
Bağlanış mərasimində 2019-cu ildə keçirilən 1-ci Səudiyyə Media Forumundan bu günə qədər keçən müddətdə dünyasını dəyişən səudiyyəli görkəmli jurnalistlərə həsr olunan “Dünyadan gedənlər unudulmur” adlı video təqdimat nümayiş olundu.
Daha sonra “Səudiyyə Media Mükafatı” (Saudi Media Award) “Ən yaxşı xəbər reportajı”, “Ən yaxşı jurnalist dialoqu”, “Ən yaxşı radio dialoq”, “Keyfiyətli məzmun”, “Elmi yaradıcılıq kitablar və araşdırmalarda” və s. kateqoriyalar üzrə sahiblərinə təqdim olundu.
Qeyd edildi ki, qaliblər ümumi sorğu əsasında ən fəal çıxışçılar arasından seçilib. Media naziri vəzifəsini icra edən doktor Məcid bin Abdullah əl-Qəsabi “İlin şəxsiyyəti” mükafatı ilə Xalid bin Həməd Əl-Malikini təbrik etdi və forumun rəsmi tərəfdaşlarl ilə sponsorlarını mükafatlandırdı.
İki gün davam edən forum qeyri-rəsmi hissə ilə başa çatdı.
Qeyd edək ki, forumda Mətbuat Şurası və Azərbaycandan jurnalistlər də təmsil olunub.
Medianews.az