“Moskva özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək.”
Medianews.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib:
“Bütün ağlabatan qüvvələrə aydındır ki, əgər Birləşmiş Ştatlar Rusiyanın məğlub olmasını istəyirsə, deməli, biz qlobal münaqişə ərəfəsindəyik. Bizim özümüzü istənilən yolla müdafiə etmək hüququmuz var. Silah, o cümlədən nüvə ilə ” – deyə bildirib.
Qeyd edək ki, daha əvvəl Life nəşri Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə və Rosatom-a nüvə sınaqlarına hazır olmağı tapşırdığını yazmışdı.
Federal Məclisə müraciəti zamanı dövlət başçısı qeyd edib ki, Vaşinqton bu silahların yeni növlərini hazırlayır, ona görə də Rusiya hər an, hər şeyə hazır olmalıdır.
Medianews.az