Köpəkbalığının sahilə yaxınlaşması faciəyə səbəb olub.
Medianews.az xəbər verir ki, Fransanın ada ölkəsi olan Yeni Kaledoniyada köpək balığının turistə hücumu dünya gündəminə səbəb olub.
Belə ki, 59 yaşlı avstraliyalı turist dənizdə çimərkən dəhşət yaşayıb. Köpəkbalığı çimərlikdən cəmi 40 metr aralıda üzən şəxsə hücum edib. 4 metr uzunluğundakı köpək balığı turistin ayaqlarını və qollarını qopardıb.
Sözügedən hadisə nəticəsində turist həyatını itirib.
Həmin görüntünün fotoşəkilləri görənləri dəhşətə gətirib.
Medianews.az