İrandan gətirilən ümumi çəkisi 19 400 kq olan portağal məhsulundan, insan üçün zərərli olan – “Sitrus tristeza” virusu aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib.
Belə bir sual ortaya çıxır. Nə üçün Azərbaycanın bölgələrində məhsul ehtiyatı olduğu halda , digər ölkələrdən gətirilən məhsullar bazarda üstünlük təşkil edir ?
Məsələ ilə bağlı Medianews.az– a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyüb Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatıdır:
“Dövlət mümkün olanları etməlidir ki, liberal bazar şəraiti formalaşsın, Azərbaycan bazarı, dünya bazarına inteqrasiya olunsun, iqtisadi əlaqələr möhkəmlənsin. Bu əlaqələr dövlətin siyasi gücünə də təkan verir. Bu proseslər normaldır, belə də olmalıdır. Dövlət maraqlıdır ki, bazarda rəqabət olsun, qiymət aşağı düşsün, keyfiyyət artsın. Dövlət buna maneəçilik edə bilməz. Çünki dövlətin öz öhdəlikləri var. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” BMT- nin sənədi var. Həmin sənədə də qeyd edilib ki, dövlət azad bazar iqtisadiyyatının inkişafına kömək etməlidir.Məhsulların ədalətli şəkildə istehlakçılar tərəfindən yetərliyi təmin olunmalıdır”.
Eyyüb Hüseynov daha sonra qeyd edib ki, Qida Təhlükəsizliyi Agenti təhlükəli məhsulların Azərbaycanın əmtəə bazarına daxil olmasının qarşısını alır:
“Tapılan bu bakteriyalar bitkiçilik üçün zərərli virusdur ki, bu da ölkəmizdə yayıla bilər. Həmin virus Azərbaycanda yayıla bilər ki, bu da böyük problemlərə səbəb ola bilər. Ona görə də beynəlxalq qrumlar bu məsələləri daim izləyir. Problemli məhsulların yayılmasının qarşısını almaq üçün işlər görürlər. Beş il öncə Yeni Zelandiyada konfransda olarkən ətraf mühitin qeyri- adi formada qorunduğunun şahidi olduq. Zelandiyada ətraf mühit çox yüksək səviyyədə qorunduğundan ziyanvericilər yox dərəcəsindədir. İstərdim ki, Azərbaycanda da belə olsun”.
Ekspert onu da vurğulayıb ki, ildən – ilə bağçılıq, bostançılıq məhsulları böyük qrumların əlində cəmləşir və onlar müasir üsullardan istifadə edərək, daha yüksək səviyyədə məhsullar yetişdirirlər:
“ Fərdi kəndli təsərrüfatları korparasiyalarda birləşmədiyindən bu da təmərküzləşməyə gətirib çıxarır .Böyük qrumlar isə suvarma mənbəylərindən özləri səmərəli istifadə edirlər. Bitkilərin qorunması üçün yüksək gübrələrdən, minerallardan istifadə edirlər. Belə olan halda, digər insanlara əlçatanlıq azalır. Belə bir şəraitdə məhsulun gətirilməsi çox vacib məsələdir. Əsas məqsədlərdən biri də bazarda rəqabət mühitinin yüksəlməsidir. Ona görə də yerli təsərrüfatla bərabər kənardan da məhsulun gətirilməsi çox vacib məsələdir. Dövlət müdaxilə edə bilməz.
Təəssüf edirəm ki, “kooperasiyalar haqqında qanun” yerinə yetirilmədiyi üçün ayr- ayri fərdi təsərrüfatların yetişdirdiyi mallara təlabat yoxdur. Çünki o, mallar bazar üçün görkəmli deyil. İstehlakçı rəğbətini qazana bilmir. Lakin böyük qrumlar bağçılıq təsərrüfatları, üç meyvəli bazarları ilə müqavilələr bağlayır. Bir başa mallar bir yerə gətirilir. Ordan da Bakının bazarlarına dağıdılır. Belə bir şəraitdə hökümət elə bir iş aparmalıdır ki, kəndlinin suvarma mənbəylərinin , bitkiçiliyə lazım olan gübrələrin ,zərəvericilərə qarşı mübarizə aparan vasitələrin əlçatarlığı təmin olunsun ki, yerli məhsullar xarici məhsullardan üstün olsun”.
Mehin Mehmanqızı
Medianews.az