Afyonkarahisarın Dinar rayonunda 81 yaşlı kişi 51 yaşlı arvadını tapança ilə öldürdükdən sonra eyni silahla özünə atəş açıb.
Medianews.az bildirir ki, Afyonkarahisarın Dinar rayonunda arvadını tapança ilə öldürən 81 yaşlı qoca daha sonra silahı başına dayayaraq özünü güllələyib.
Hadisə Afyonkarahisarın Dinar mahalına bağlı Göçerli kəndində baş verib. Daxil olan məlumata görə, M.T. (81) adlı qoca mübahisə edən arvadı B.G.T.-ni (51) sənədsiz tapança ilə öldürüb. Daha sonra silahı özünə tuşlayan qoca intihar edərək ağır yaralanıb.
Yaralıya hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Haydarlı qəsəbə Dövlət Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib. Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az