Türkiyədə zəlzələdən sonra böyük dağıntıdan sonra əlindən gələni etməyə çalışan, eyni zamanda yetim qalan heyvanlar üçün səy göstərən fenomen Danla Biliç dünən axşam görüşmək üçün dostları ilə toplantı keçirib.
Medianews.az xəbər verir ki, müxbirin “Yaxşısınız, bu prosesi tez keçdiniz” deməsinə əsəbiləşən Danla Biliç üsyan edib.
Fenomen isə “mənim edə biləcəyim başqa bir şey yoxdur, kömək etməkdən başqa. Söz atmağınıza da ehtiyac yoxdur”,-deyə cavab verib.
Daha sonra bu barədə sosial media hesabında paylaşım edən Danla Biliç “məsul şəxslərə tuta bilmədiyiniz mikrofonları bizə uzatmayın”-deyə qeydlər yazıb.
Medianews.az