Malatyada oyuncağını götürmək istəyərkən buz kimi soyuq gölə düşən zəlzələ qurbanını dalğıc polisi xilas edib.
Medianews.az xəbər verir ki, Malatyaya təhlükəsizlik tədbirləri və yardım fəaliyyətlərinə dəstək olmaq üçün gedən polis dalğıcları oyuncağını çıxarmaq istəyərkən buz kimi soyuq gölməçəyə düşən 8 yaşlı zəlzələdən sağ çıxan uşağı xilas edib.
Təhlükəsizlik Baş İdarəsi sosial media hesabında “Əlinizi heç vaxt buraxmayacağıq. Dayanmadan, yorulmadan”,-deyə paylaşım edib.
Medianews.az