24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində təqribən bir illik müddət keçsə də, döyüş xəttindən maraqlı görüntülər gəlməkdə davam edir.
Medianews.az xəbər verir ki, Ukrayna ordusunun əsgərinin silahla oynayarkən dostunu güllələdiyi görüntülər ortaya çıxıb.
Telegram kanallarında paylaşılan videoda Ukrayna ordusunda xidmət edən əsgərin silahı ilə oynayarkən onu kamera ilə lentə alan dostunu güllələməsi sosial mediada da geniş müzakirələrə səbəb olub. Silahdan açılan atəşdən sonra video çəkilişi kəsilib. Güllələnən əsgərin bütün müdaxilələrə baxmayaraq başından yaralandığı və öldüyü bildirilirb.
Medianews.az