Xalq artisti Ramiz Novruzun dəfn olunacağı yer açıqlanıb.
Aktyor bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Bu barədə BAKU.WS-ə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
Xatırladaq ki, Ramiz Novruz bu gecə müalicə aldığı xəstəxanada mədə xərçəngindən vəfat edib.