“Rusiyanı məğlub etmək istəyənlər başa düşmürlər ki, ölkəmizi döyüş meydanında məğlub etmək olmaz”.
Medianews.az xəbər verir ki, bunu dövlət başçısı Vladimir Putin hazırda Qostinı Dvorda keçirilən Federal Məclisdə çıxışında deyib.
Rusiya lideri vurğulayıb ki, Qərb ölkələri Rusiyanı məğlub etmək və lokal münaqişəni qlobal qarşıdurma mərhələsinə çevirmək niyyətlərini gizlətmirlər.
Putin xəbərdarlıq edib ki, Moskva buna uyğun reaksiya verəcək:
“Biz hər şeyi məhz belə başa düşürük və buna görə də reaksiya verəcəyik. Çünki bu halda söhbət ölkəmizin varlığından gedir. Amma onlar da bilməyə bilməzlər ki, Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”, – o bildirib.
Xatırladaq ki, dövlət başçısı Vladimir Putinin mesajı Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ilkdir. Qeyd edək ki, prezident çıxışına xüsusi hərbi əməliyyat mövzusu ilə başlayıb və onun ötən ilin fevralında başlanmasına səbəb olan şəraiti xatırladıb.
Putin Donbasda sülh vədləri adı altında Qərbin saxtakarlığını və qəddar yalanlarını da ifşa edib və Qərb elitasının əsas məqsədini açıqlayıb.
Medianews.az