ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları maraqla gözlənilərkən, dollar indeksindəki enişin davam edəcəyi bildirilir.
Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, FED gələn ay faizləri 25 bənd artıracağı və il boyu endirmə prosesinə başlamayacağı siqnalı ilə dünyada dollar bahalaşmağa başlayıb. “Bloomberg”in proqnozuna əsasən, aparıcı göstəricilər dollarda ötən sentyabr ayında başlayan satışların davam edəcəyinə işarə edir. Dollar bu ay FED-in ritorikası ilə yüksəlsə də, uzunmüddətli göstəricilər dollarda eniş trendinin hələ bitmədiyinə işarə edir.