Çin Ukrayna münaqişəsini alovlandıran qüvvələri dayanmağa , həmçinin “bu gün Ukrayna, sabah Tayvan” ruhunda bəyanatlarla çağırış edib.
Medianews.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Çin Qanq deyib.
Çin həmçinin dialoq və məsləhətləşməni təşviq etmək, bütün tərəflərin narahatlıqlarını aradan qaldırmaq və ümumi təhlükəsizliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə işləməyi planlaşdırır.
“Çinin Ukraynaya olan mövqeyi hər kəsə məlumdur. Biz barışığı təşviq etməyə və danışıqları asanlaşdırmağa, Ukrayna böhranının siyasi həlli üçün Çin müdrikliyini bölüşməyə davam edəcəyik”, – Çinin xarici işlər naziri bildirib.
Medianews.az