Baş verən dəhşətli zəlzələlərdə Qaziantəpdə həyatını itirənlərdən təxminən 300-ü həmin rayonun qəbiristanlığında dəfn edilib.
Böyük ağrıların yaşandığı zəlzələlərdə dünyasını dəyişənlərin yarımçıq hekayələri qəbiristanlıqlarda da öz əksini tapıb.
Qəbiristanlıqda eyni soyadlı şəxsin yan-yana yatdığı dəhşətli görüntülər görənləri çox təsirləndirib.
Qəbirlərin bir qismi yorğan-döşəklə örtülüb. Digərləri isə dağıntılar altından çıxarılan şəxsi əşyalarla örtülüb. Zəlzələdə dünyasını dəyişən gəlinlik yaşında olan qızların məzar daşlarına ağ örtük bağlanarkən, məktəbləri yarımçıq qalan şagirdlərin məzarları üzərində qələmlər qoyulub.
Qəbirlərin bəzilərində zeytun budaqları diqqət çəkib.
Bu dəhşətli mənzələ görənləri qəmə bürüyüb.
Medianews.az