Sağlamlığımızı qorumaq üçün düzgün qidalanmaq vacib şərtlərdən biridir.
Bəs insanlar uzun yaşamaq üçün hansı qidaları yeməlidirlər?
Xüsusi ilə yaşa dolduqca insanlar sağlamlığına daha çox diqqət yetirməlidir.
Aşağıda qeyd edəcəyimiz tərəvəzlər insanın uzun və sağlam qalmasında müstəsna rol oynayır:
Yaşıl gül kələm və ya brokkoli A, C, K, B vitaminləri ilə zəngindir.
Tərkibindəki kalium və maqneziumun, həmçinin xərçəngə tutulma riskini azaldan antioksidantların, flavonoidlərin və karotenoidlərin yüksək olması səbəbindən bu kələmi müntəzəm olaraq yeməyə dəyər.
Həmçinin, brokkoli kalium, kalsium, dəmir, fosfor, selenium və maqnezium kimi insan bədəninə xeyirli mineral duzlardan ibarətdir.
Brokkolinin tərkibindəki K vitamini kalsiumun absorbsiyasında mühüm rol oynayır və bədəndə qan laxtalanması riskini azaldır. Bundan əlavə, brokkoli bitkisi anemiyadan əziyyət çəkən insanlar üçün nəzərdə tutulan pəhrizlərin dəyərli inqredientidir. O, dəmir, fol turşusu və bədəndə yeni qırmızı qan hüceyrələrinin yaradılmasında məsul olan B vitaminin mənbəyidi.
Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə xüsusilə zəngindir.
Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur.
Bundan əlavə kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir.
Kələm həmçinin K, PP, B qrupu vitaminləri ilə də zəngindir.
Hind ədviyyatı uzunömürlülük reseptinin tərkib hissələrindən biri olub, iltihab əleyhinə xüsusiyyətləri ilə məşhurdur. O, beyin funksiyasını yaxşılaşdıra, diabetdən qoruya və “Alzheimer” xəstəliyinin müalicəsinə kömək edə bilər. Eyni zamanda immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini tənzimləyir, ürəyə faydalıdır, orqanizmin şəkər istəyini azaldır, köp və həzm şikayəti olanlara müsbət təsir edir və sair.
Ədviyyatların ən faydalı xüsusiyyətlərindən biri də antioksidan təsir göstərmələridir. Güclü antioksidant xüsusiyyətləri olan ədviyyatlar orqanizmi müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin inkişafından qoruyur, orqanizmi cavanlaşdırır.
Medianews.az