İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdə yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Medianews.az bildirir ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə mülki yaşayış məntəqəsini hədəfə alıb. Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Kəfr Sousa bölgəsindəki hücumunda yaşayış binası vurulub. Səlahiyyətlilərin verdiyi açıqlamada hücumda 1-i əsgər, 4-ü mülki olmaqla, ümumilikdə 5 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bildirilib. İsrail hücumu şərh etməyib.