Elazığda 4 dəfədən çox zəlzələ oldu
Medianews.az xəbər verir ki, Elazığın Palu rayonunda bir-birinin ardınca zəlzələlər baş verib.
Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edib. AFAD-nın məlumatına görə, gecə saatlarında Elazığın Palu rayonunda 4,7, 4,8 və 4,6 bal gücündə üç zəlzələ baş verib. Saat 05:29-da 4.4 və 06:45-də 4.5 bal gücündə zəlzələlər yaşanıb.
Qeyd edək ki, AFAD zəlzələlərin dərinliyini təxminən 14 kilometr olaraq açıqlayıb.