Rusiya Regional İstintaq Komitəsinin məlumatına görə, Altayın Urojaynoye kəndində ana bir yaş yarımlıq qızını, 8 yaşlı oğlunun gözü qarşısında diri-diri yandırıb.
Medianews.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün cani ana qızını anbarlara gətirərək ona yanacaq töküb, sonra isə yandırıb. Bütün bunlar cinayətkarın 8 yaşlı oğlunun gözü qarşısında baş verib. Qız aldığı yanıqlardan yerindəcə keçinib.
Müstəntiqlər müəyyən ediblər ki, ailə qeyri-funksional kimi qeydiyyata alınıb və bu ilin yanvarında məhkəmə qadının valideynlik hüquqlarını məhdudlaşdırıb.
Hadisə yerinə baxış keçirilib. Qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.