ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mətbuat konfransı keçirib.
Medianews.az xəbər verir ki, mətbuat konfransı zamanı ikili arasında ABŞ-ın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstəyə görə gərginlik yaranıb.
ABŞ-ın PKK/YPG-yə verdiyi dəstəyi görməzdən gələn Blinken “Türkiyənin cənub sərhədi ilə bağlı təhlükəsizlik məsələlərini anlayırıq. Ümid edirəm ki, onlar da bizim İŞİD ilə bağlı narahatlığımızı anlayırlar”,- deyə konfransa zamanı deyib.
Çavuşoğlu isə cavabında bunları deyib: “Biz hər zaman terror təşkilatı ilə əməkdaşlıq etməyin yanlış olduğunu deyirik. PKK-nın İŞİD ilə mübarizə apardığı iddiasının doğru olmadığını da hər zaman sübut etmişik”.
Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş baş tutub.
Medianews.az