Fevralın 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra Diyarbakırın Lice rayonunda qeydə alınan 3-4 bal gücündə zəlzələlər nəticəsində yaranan çuxur çay yatağının qurumasına səbəb olub.
Medianews.az xəbər verir ki, vətəndaşlar çuxurdan suyun necə çəkildiyini bilmədiklərini bildiriblər.
Kandilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutunun məlumatlarına görə, son bir həftədə episentri Licenin Birlik və Şenlik məhəllələri olan 8 zəlzələ qeydə alınıb. Gücü 3-4 bal arasında dəyişən zəlzələlər Duru, Birlik və Şenlik məhəllələrində bəzi tikililərə ciddi ziyan vurub. Zəlzələ nəticəsində Durunun Işıkten məhəlləsindən keçən dərədə çuxur yaranıb. 11 gün ərzində bütün suyu yerin altına aparan çuxur dərə yatağındakı suyu da qurudub.
Yaranan çuxurun dərə suyunu qurutması vətəndaşların diqqətini çəkib. Vətəndaşlar çuxurdan suyun hara getdiyini bilmədiklərini bildiriblər.