Kahramanmaraşda baş verən zəlzələdə bir binanın birinci mərtəbəsində mətbəx əşyalarının satıldığı mağazada piştaxtalar və məhsulların yerə düşmədiyini, bir boşqabın belə qırılmadığını görənlər təəccüblənmişdi.
Medianews.az xəbər verir ki, binanın dağılmamasının sirrini açıqlayan ekspert bildirib ki, digər zəlzələlərdə də oxşar nümunələrə rast gəlinib.
Qeyd edək ki, Kahramanmaraşda 10 vilayətdə baş verən iki böyük zəlzələdə minlərlə insan həyatını itirib. Dağıntı işləri qruplar tərəfindən aparılarkən, Kahramanmaraşda bir dənə də olsun dağıntının olmadığı bina bütün Türkiyənin gündəmindədir.
Binanın birinci mərtəbəsində mətbəx əşyalarının satıldığı məkanda boşqabların sınmadığı, çəngəllərin belə yerə düşmədiyi, xırda zədənin belə olmadığı görülüb. Sözügedən mağazanın tam qarşısındakı ərazidə yerləşən bina isə iki güclü zəlzələ nəticəsində dağılıb.
İzmir İqtisadiyyat Universiteti (İEU) İnşaat Mühəndisliyi Bölüm Başçısı professor Celalettin Kozanoğlu hər kəsin haqqında danışdığı binanın sirrini açıqlayıb.
Bütün layihələrin tələblərinə düzgün riayət edildiyini bildirən Kozanoğlu bunları deyib: “Əslində bizim binalardan gözlədiyimiz və ümid etdiyimiz o idi ki, belə bir zəlzələdə cüzi və ya orta dağıntılarla yekunlaşar. Layihənin tələblərinə düzgün şəkildə riayət edilməsi də ümidlərimizi doğrultdu. Binanın tikintisi və dizaynı ilə bağlı hər şey düzgün aparılırsa, zəlzələ zamanı binadan gözlənilən performans da bu olmalıdır. 1995-ci ildə Yaponiyada baş verən Kobe zəlzələsində 100 minə yaxın bina dağıldı və yaponlar bundan ibrət dərsi aldılar. Bu zəlzələdən sonra Yaponiyada çoxlu zəlzələlər oldu və lakin bu gördüyün binadakı kimi nümunələr Yaponiyada adi bir hala çevrildi. Binaların tikintilərinə xüsusi nəzarət yüksək balda olan zəlzələlərə tap gətirməsi adi hala çevrildi.
Medianews.az