Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü ərəfəsində Britaniyanın BBC telekanalına danışıb.
Prezident bildirib ki, axıra qədər müqavimət göstərəcəyini, lakin Qərbdən daha çox hərbi yardıma ehtiyacı olduğunu vurğulayıb:
“Əlbəttə, müasir silahlar sülhün əldə olunmasını sürətləndirəcək. Silahlar Rusiyanın yeganə anladığı dildir”, – Zelenski deyib.
Belarusa məsələsinə toxunan Zelenski:
“Ümid edirəm ki, onlar müharibəyə getməzlər. Əgər getsələr, döyüşüb sağ qalacağıq. Rusiyanın Belarusa Ukraynaya hücum etmək üçün Belarusdan istifadə etməsinə icazə verməsi böyük səhv olardı. Ukrayna yaşamaq üçün mübarizə aparır”- deyə vurğulayıb.
Ukrayna prezidenti qeyd edib ki, ölkəsi dəyərləri və iqtisadiyyatı ilə Avropaya yaxınlaşır:
“Biz təhlükəsizlik zəmanəti istəyirik. Quruda edəcəyimiz güzəştlər ölkə olaraq bizi zəiflədəcək. Güzəşt etmək vacib deyil, gündəlik həyatda milyonlarla dəfə güzəştə gedirik. Amma əsl sual kimə verəcəyik? Putinə? Yox, ona görə ki, ona güvənə bilmərik”- deyə prezident bildirib.
Medianews.az