Yuxu hamımız üçün əvəzolunmaz bir fəaliyyətdir. Həm fiziki, həm də ruhi sağlamlığımızı qorumaq üçün nizamlı və kifayət qədər yuxu almaq böyük əhəmiyyət kəsb edir. Yuxu ehtiyacları ilə bağlı aparılan araşdırmada insanların yuxu ehtiyaclarının mövsümə görə dəyişə biləcəyi ortaya çıxıb.
Araşdırmalar göstərir ki, insanlar mövsümə uyğun olaraq yuxu vərdişlərini tənzimləməlidirlər.
Araşdırmanın aparıcı müəllifi Dr.Dieter Kunz “mövsüm yuxuluq planetdəki hər canlıda mövcuddur”-deyə bildirib:
“Cəmiyyətlər ümumiyyətlə yuxu vərdişlərini mövsümə uyğun tənzimləməli və ya məktəb, iş cədvəllərini mövsümi yuxu ehtiyaclarına uyğun təşkil etməlidirlər.
Yuxu hamımız üçün əvəzolunmaz bir fəaliyyətdir. Həm fiziki, həm də ruhi sağlamlığımızı qorumaq üçün nizamlı və kifayət qədər yuxu almaq böyük əhəmiyyət kəsb edir. Yuxu ehtiyacları ilə bağlı aparılan araşdırmada insanların yuxu ehtiyaclarının mövsümə görə dəyişə biləcəyi ortaya çıxıb”.
The Guardian-ın xəbərinə görə, bir qrup elm adamı araşdırma çərçivəsində yuxu testlərindən keçən 292 yuxu problemi olan xəstəni qiymətləndirib.
Zəngli saat olmadan xüsusi laboratoriyada təbii şəkildə yatması tələb edilən xəstələrin yuxu müddəti ilə yanaşı, yuxu keyfiyyəti və növü də izlənilib.
Yuxuya təsir edən dərman qəbul edənlər, texniki səhvlər və ilk REM mərhələsini qaçırmış ola biləcək insanlar xaric edildikdən sonra tədqiqat 188 xəstə ilə davam edib.
Müşahidələrin sonunda yuxu pozğunluğu olan insanlarda belə xəstələrin beyin fəaliyyətlərinin qışda yay ilə müqayisədə artdığı, yuxu görə bildikləri yerdə daha uzun REM yuxusuna getdikləri, payızda isə daha az dərin yatdıqları müşahidə edilib.
Medianews.az