İngiltərənin paytaxtı Londonda Trafalqar Meydanında Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin xatirəsini anmaq üçün təşkil edilən tədbirdə meydandakı Nelson sütununda “Suriya və Türkiyənin yanındayıq” ifadələri əks olunub.
Medianews.az bildirir ki, Türkiyənin 11 vilayətində “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Londonun ən əhəmiyyətli meydanlarından biri olan Trafalqarda anma tədbiri keçirilib.
Suriya fəlakət çadırının daha əvvəl Kral III Çarlz və xarici işlər naziri Ceyms Cleverly tərəfindən ziyarət edildiyi meydanda yerli vaxtla saat 19:00-da keçirilən tədbirdə zəlzələdə həyatını itirənlər üçün şamlar yandırılıb.
Anma tədbirində Londonun simvolik meydanlarından biri olan Trafalqardakı 52 metrlik Nelson Sütununda “Suriya və Türkiyənin yanındayıq” mesajı öz əksini tapıb.
Tədbirin sonunda zəlzələdən zərər çəkənlərə də yardımlar toplanıb.