Haluk Leventin insanları aldatdığını iddia edən türkiyəli aparıcı Deniz Akkaya, “İş adamı Sezgin Baran Qorxmaz ilə bir nəfər pul verənlər cahildir”,-deyə payaşım edib.
Medianews.az xəbər verir ki, Akkayanın paylaşımlarına cavab verən Levent, “Şeytanın yer üzündəki təmsilçiləri bizi vurmağa başlayıb”,-deyə cavab verib.
Haluk Levent daha sonra sözlərinə belə davam edib: “Hadisənin ilk günü Sezgin Baran Qorxmaz ilə 5 ailənin bütün problemlərini həll etmək üçün yola çıxdıq. Dediyi sözlərə görə Deniz Akkayanı məhkəməyə verərək 5 milyon TL dəyərində təzminat tələb edəcəyəm. Ondan aldığım pulu da zəlzələ qurbanlarını istifadə edəcəyəm”.
Medianews.az