Hatayda dəhşətli zəlzələnin 260- cı saatında 10 yaşlı Osman dağıntılar altından sağ-salamat çıxarılıb.
Medianews.az xəbər verir ki, Hatayda 260-cı saatda 10 yaşlı Osman adlı oğlan xilasedicilərin səyi nəticəsində dağıntılar altından sağ çıxarılıb.
Xilasetmə qrupunun verdiyi açıqlamada : “Onun səsini eşitmək hər kəsi canlandırdı. Səsi qiymətləndirdik, amma sevincdən inana bilmirdik. Bu, bizim üçün ümid mənbəyi oldu”,- deyə bildiriblər.