İqtisadi çöküş ərəfəsində olan Livanda etirazçılar paytaxt Beyrutda bəzi bankları yandırıblar.
Medianews.az xəbər verir ki, iqtisadi problemlərlə mübarizə aparan Livanda banklar müştərilərinə nağd pul çıxarmaq üçün məhdudiyyətlər qoyub.
Beyrut limanında baş verən böyük yanğın, səhv iqtisadi siyasətlər, koronavirus tədbirləri və daha sonra Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan iqtisadiyyatı getdikcə daha da pisləşən ölkədə şərait gündən-günə pisləşən bir qrup livanlı etirazçı yolları bağlayıb.
Bununla da kifayətlənməyən etirazçılar bəzi bankları yandırıblar. Ən azı 6 bankın yandırıldığı bildirilir.
Livan lirəsi tarixinin ən aşağı səviyyəsinə düşərkən, Livandakı banklar heç bir qanuni əsas olmadan ABŞ dolları və Livan lirəsi ilə vəsaitlərin çıxarılmasına məhdudiyyətlər qoyub.