Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfində qətlə yetirilməsindən sonra İranda başlayan etirazlar artıq səngiyib.
Medianews.az xəbər verir ki, İran müxalifətində son hadisələrin ardından birlik axtarışları başlayıb.
Belə ki, mühacirətdəki müxalifətdən bu istiqamətdə ilk addım Vaşinqtonda Corc Taun Universitetində başlanan konfransla atılıb. İran müxalifətinin aparıcı simalarını bir araya gətirmək məqsədi daşıyan tədbirdə 2020-ci ildə İranın Ukrayna təyyarəsini vurması nəticəsində zərər çəkən ailələri təmsil edən Hamed Esmaeilion və devrilmiş şahın oğlu Rza Pəhləvi də iştirak edib.
Müxalifətin tanınmış simalarından olan Pəhləvi monarxiyanı bərpa etmək deyil, İran tarixində ilk dünyəvi demokratik sistemin qurulmasında rol oynamaq istədiyini vurğulayıb:
“Bu gün biz bir-birimizlə rəqabəti bir kənara qoyuruq, bu hərəkatın rəhbərliyini öz nəzarətimizə götürməyə çalışmırıq”.
Medianews.az