Zəlzələlərin ilk günlərindən gecə-gündüz humanitar yardım göndərən Heydər Əliyev Fondunun yardım təyyarələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Respublikanın birinci xanımı, vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə gəlməkdə davam edir.
Medianews.az bildirir ki, Heydər Əliyev Fondunun fevralın 9-dan etibarən zəlzələdən zərər çəkmiş insanların ehtiyacları üçün dərman, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırılan çadırlar, generatorlar, istilik radiatorları, açıq hava qızdırıcıları və dizel qızdırıcıları kimi humanitar yardım aparan təyyarələri Adanada İncirlik bazasına gəlməkdə davam edir.
Fondun bu gün verdiyi açıqlamada bu gün 105 ton humanitar yardım daşıyan daha bir təyyarənin Azərbaycandan Türkiyəyə yola düşdüyü bildirilib.