Ukraynanın Kiyev vilayətində silsilə partlayışlar baş verib, həyəcan təbili çalınıb.
Bu barədə Medianews.az “Politika strany” mətbuatına istinadla xəbər verir.
Bölgə həyəcan vəziyyətindədir. Belə məlumatlar ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində yer alıb.
Hazırda hava hücumundan müdafiə sistemləri işləyir.
Yerli sakinlərdən sığınacaqlarda qalmalarını tələb ediblər.
Bundan əvvəl Donetskdə partlayışın baş verdiyi məlum olub.
Fevralın 15-də yerli təhlükəsizlik rəsmilərinin sözlərinə görə, şəhərdə hava hücumundan müdafiə sistemi işə düşüb – raket vurulub, bundan sonra güclü partlayış olub.
Fevralın 13-də Xersonda bir neçə partlayışın baş verdiyi barədə məlumat yayılıb.
Fevralın 10-da Kiyevdə də silsilə partlayışlar qeydə alınıb.
Medianews.az