Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Hatay, Qaziantep, Malatya, Diyarbəkir və digər ətraf vilayətlərə də ciddi ziyan vurub. Əsrin fəlakəti adlandırılan zəlzələnin onuncu günündə axtarış-xilasetmə işləri davam edərkən, zəlzələdən sonra meydana gələn vəziyyətlərlə bağlı məşhurlardan açıqlamalar gəlməyə davam edir.
Medianews.az xəbər verir ki, türkiyəli müğənnin Selin Ciğerci zəlzələdən sonra kirayə qiymətlərinə sərt reaksiya verib.
Sosial şəbəkədə paylaşım edən müğənni “Villa qiymətləri yüksəlib”,-deyə bildirib.
Məlumata görə zəlzələdən sonra vətəndaşlar Elazığa axın edib və kirayələr 800 lirədən 4 min lirəyə qalxıb. Vətəndaşların reaksiyasına səbəb olan bu vəziyyət Elazığ Qubernatorluğu tərəfindən nəzarətə götürülüb.
Medianews.az