NASA dağıntılar altında insanları tapmaq üçün inkişaf etdirdiyi “FINDER” texnologiyasının Kahramanmaraşda dağıntılar altında qalan insanları xilas etmək üçün istifadə olunduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, qurum sözügedən texnologiyadan faydalanan cihazların Florida mərkəzli təhlükəsizlik texnologiyası şirkəti “SpecOps” tərəfindən Türkiyədəki xilasetmə qruplarına göndərildiyini bildirib.
Qeyd edək ki, “Finding Individuals for Disaster Emergency Response” adlanan və qısaca “FINDER” kimi tanınan cihaz ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə NASA-nın Reaktiv Sürət Laboratoriyası tərəfindən hazırlanıb.