Dünya şöhrətli müğənni Farell Uilyams “Louis Vuitton” brendinin kişi geyimləri üzrə yaradıcı direktoru təyin edilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 2021-ci ilin noyabrında vəfat edən Virgil Ablonun vəzifəsini icra edəcək.
Onun ilk kolleksiyası iyunda Parisdə keçiriləcək moda həftəsində nümayiş olunacaq.