Türkiyəli fenomen Dilan Polat zəlzələdən sonra Çatalcadakı villası ilə bağlı verdiyi qərar hər kəsi heyrətləndirib.
Medianews.az xəbər verir ki, dəbdəbəli həyatı, azyaşlı oğlu üçün aldığı ev və hədiyyələr ilə hər zaman gündəmdə olan fenomen də Türkiyədəki zəlzələdən sonra hərəkətə keçib.
Zəlzələ bölgəsinə gedən Dilan Polat Çatalcadakı villasını zəlzələdə evləri dağılan SMA xəstəsi olan uşaqlı bir ailəyə açıb. O, bu barədə İnstagram hesabında paylaşım edib.
Medianews.az