C vitamini ilə zəng olan , sitrus meyvəsi sayılan limon insan orqanizmində mühüm rol oynayır.
Birbaşa bədəndə ummunitetin yaranmasına səbəb olan limonun əhəmiyyəti o qədər çoxdur ki, saymaqla bitməz.
Bəs limon suyunun faydaları…..
Bağırsaqların aktiv işləməsinə kömək edən və həzmi rahatlaşdıran limonlu su detoksu isə, müntəzəm olaraq istehlak edildikdə yağları yandırır. Gün ərzində qəbzlik problemi yaşayanlar açqarnına limonlu sudan istifadə edərək budan qurtula bilərlər.
Səhər acqarına istehlak edən və limonlu su qarışığı ilə bədəndə yığılan ödemlər sidiklə atılır.
Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edən limon suyu, yağ yandırıcı təsiri ilə artıq piylərinizdən qısa müddətdə xilas olmağa kömək edir.
Limonlu su qaraciyərin sevimli qarışımlarından biridir. Qaraciyəri toksinlərdən təmizləməyə kömək edən limonlu su immuniteti gücləndirir. Maddələr mübadiləsi və həzm problemlərinin qarşısını alır. Tərkibindəki pektin lifi ilə də iştaha nəzarəti təmin edir.
LİMONLU SUYUN HAZIRLANMASI:
200 ml suyunun içinə 1 limon əlavə edilir. Qaynadılır.
Bir müddət ərzində limon qabığını da içində saxlaya bilərsiniz və daha da faydalı ola bilər.
Qaynama prosesi bitdikdən sonra qarışığı isti halda istehlak edə bilərsiniz.
Medianews.az
Mehin Mehmanqızı