“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işlərinə qatılan Çin komandası, Kapalıçarşıda dükançılar tərəfindən alqışlarla qarşılanıb.
Medianews.az bildirir ki, zəlzələlərdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq üçün Çindən Türkiyəyə gələn qrup bölgədəki işlərini yekunlaşdırıb.
İstanbuldakı Çin komandası ziyarətə gəldikləri Kapalıçarşıda satıcılar tərəfindən alqışlarla qarşılanıb.
Cib telefonu kamerasına əks olunan görüntülərdə axtarış-xilasetmə işləri əsnasında geyindikləri paltarlarla Kapalıçarşıda gəzən qrup dükançılar tərəfindən alqışlanır. Səsyazmalarda komandanın bəzi üzvlərinin də alqış sədaları üzərinə əllərini sıxaraq təşəkkür etdiyi görünür.