RİA Novosti-nin köşə yazarları Mixail Katkov və Renat Abdullin Türkiyədə baş verənləri araşdırıb.
Mütəxəssislər Türkiyədə baş verən dağıdıcı zəlzələnin səbəblərini müzakirə edərkən, ölkə daxilində başlanan münaqişələrə də nəzər salıblar.
Mütəxəssislər bildirib ki, zəlzələnin yaratdığı fəlakətədən istifadə edən qərbyönlü qüvvələr ölkədə çaxnaşma yaratmaqda maraqlıdırlar:
“Türkiyə və Suriyada zəlzələ qurbanları və zərərçəkənlər haqqında məlumatlar daim yenilənir. Ən azı 40 min insan bu dəhşətli zəlzələdən ölümcül xəsarətlər aldı və bu siyahı təəssüf ki, artacaq. Baş verənlər ölkələrdə siyasi mənzərəyə də yansıyacaq. Fakt budur ki, çox yaxında Türkiyədə prezident seçkiləri keçiriləcək. Hazırkı lider Rəcəb Tayyib Ərdoğan çətin anlar yaşayacaq, çünki artıq ölkə daxilində ona qarşı təziqlər artıb. Müxalifət hakimiyyəti korrupsiyada və əhalini müdafiə edə bilməməkdə ittiham edir. Qərb koalisiyası isə odun üstünə yağ tökməkdən çox məmnundur, çünki Türkiyə diktələrə tabe olmaqdan imtina edir və müstəqil siyasət aparır”, – deyə bildiriblər.
Tarixçi və politoloq İqbal Durrenin sözlərinə görə, zəlzələdən dəyən ziyan ən azı 50-60 milyard dollardır. Lakin Bloomberg 84 milyard rəqəmini əsas gətirərək vəziyyəti daha da gərginləşdirir ki, bu da ölkənin ÜDM-nin təxminən 10%-ni təşkil edir. Bərpa üçün Türkiyənin köməyə ehtiyacı var. Rusiya əlbəttə ki, kömək edəcək, lakin Qərbin daha çox imkanları var.
Durre hesab edir ki, Türkiyə tərəfi bundan yararlana bilər:
“Bu baxımdan yaxın gələcəkdə Ankaranın xarici siyasətinin daha çox qərbyönümlü olacağını gözləmək olar.
Hər halda, Ərdoğanın indi bütün problemləri yalnız onun həll edə biləcəyini göstərməsi vacibdir. Artıq Qərbdən dəstək alan ölkə daxilindəki rəqiblər də bunu anlayır. Müxalifətçilər də zərər çəkmiş bölgələri gəzirlər və insanları siyasi dəyişikliklərə çağırırlar”, – deyə öz fikrini tamamlayıb.
Medianews.az
Mehin Mehmanqızı