Türkiyədə baş verən zəlzələdən sonra Hatay şəhərinə gələn Ukrayna axtarış-xilasetmə qrupu zəlzələnin 205-ci saatında dağıntılar altından bir qadını xilas edib.
Medianews.az xəbər verir ki, episentri Kahramanmaraş olan zəlzələlərdən sonra 9-cu gündə axtarış-xilasetmə işləri davam edir.
Zəlzələ fəlakətindən sonra sahə işlərinə dəstək olmaq üçün Hataya gələn Ukrayna axtarış-xilasetmə qrupu 30 yaşlarında bir qadını dağıntılar altından xilas edib.