Türkiyədəki zəlzədən əziyyət çəkənlər üçün etdiyi yardım ilə gündəmdən düşməyən türkiyəli müğənni Haluk Levent qəzaya düşüb.
Medianews.az xəbər verir ki, “AHBAP” dərnəyinin qurucusu musiqiçi Haluk Levent zəlzələnin episentri olan Pazarcık şəhərinə yardım apararkən yol qəzası keçirib.
Haluk Leventin Kahramanmaraş mərkəzli zəlzələlərin vurduğu Hatayın Pazarcık mahalına gedərkən qəza keçirdiyi və vəziyyətinin yaxşı olduğu öyrənilib. Əldə edilən məlumata görə, ilk müdaxilə edənlər tərəfindən boynundan zərbə alan Leventə karset taxılıb.
Qeyd edək ki, Haluk Leventin qurduğu AHBAP dərnəyi zəlzələdən sonra bölgədə böyük yardım işləri aparırdı. Onu da bildirək ki, Türk rok ifaçısı Haluk Leventin qurucusu olduğu AHBAP dərnəyinə edilən yardımlar 1 milyard lirəni (təxminən 90 milyon manat) keçib.
Medianews.az