Rusiyada 18 yaşına çatmamış uşaq və yeniyetmələrə enerji içkilərinin satışının qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.
Sənədə əsasən, tibb, təhsil, uşaq-gənclər, eləcə də idman-istirahət və mədəniyyət təşkilatlarının ərazilərində, ictimai nəqliyyatda və onun dayanacaqlarında, yanacaqdoldurma məntəqələrində enerji içkilərinin satışının qadağan edilməsi təklif edilir. Bundan başqa, 18 yaşına çatmamış gənclərin ictimai yerlərdə enerji içkiləri içməsinə icazə verilməyəcək.
Rusiya Tibb Elmləri Akademiyasının Qidalanma İnstitutunun rəhbəri enerji içkilərinin yeniyetmələrin kövrək şüurları üçün həqiqətən təhlükəli olduğunu bildirib.
Araşdırmalar göstərir ki, enerji içkiləri kolon xərçənginin əmələ gəlməsinin əsas faktorudurudur.
Enerji içkilərinin tərkibindəki kafein mədədə erroziyaların, xoraların əmələ gəlmə ehtimalını daha dayüksəldir.
Bundan başqa, həmin içkilər aritmiyalara səbəb olur. Bu, ürək çatışmazlığı və qəfil ölümlərə də gətirib çıxara bilər.
Medianews.az